...

Ağrı dağında əriyən qar selə səbəb oldu

Dünya xəbərləri Materials 17 İyul 2023 12:35 (UTC +04:00)
Ağrı dağında əriyən qar selə səbəb oldu
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə Ağrı dağında əriyən qar selə səbəb olub.

Trend bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Məlumata görə, Türkiyə bundan əvvəl "Cerberus" antisiklonuna məruz qalıb. Ölkə ərazisinin böyük hissəsində istilik qeydə alınıb, havanın temperaturu sıfırdan təxminən 45 dərəcə yuxarıdır.

Türkiyənin Meteorologiya Baş İdarəsinin məlumatına görə, cümə günü İstanbulun Asiya tərəfində 39,7 dərəcə temperatur qeydə alınıb, temperatur bir az da yüksək olsaydı tarixi rekord olan 40,6 dərəcə qırılmış olacaqdı. Eyni zamanda yollarda asfalt örtüyünün istiliyi 50 dərəcəyə çatıb.

Həkimlər açıq havada 15-20 dəqiqədən çox günəş altında qalan hər kəsin günvurma riskinə məruz qaldığına dair xəbərdarlıq ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti