...

Türkiyə tankları VOLKAN ilə vuracaq (FOTO)

Dünya xəbərləri Materials 21 İyul 2023 15:36 (UTC +04:00)
Türkiyə tankları VOLKAN ilə vuracaq (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

ASELSAN 25-28 iyul tarixlərində İstanbulda keçiriləcək 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF 2023) rabitə, hava hücumundan müdafiə, avionika, elektro-optika, elektron müharibə, radar və pilotsuz sistemlər sahələrindəki imkanlarını yerli və xarici ziyarətçilərlə bölüşəcək.

Trend xəbər verir ki, Türk Silahlı Qüvvələri başda olmaqla dost və müttəfiq ölkələrin tanklarını mövcud inkişaflara uyğun təchiz edən və effektivliyini artıran ASELSAN, yarmarka çərçivəsində VOLKAN Atəş İdarəetmə Sistemini də təqdim edəcək.

İstifadəçilərin ehtiyaclarına uyğun olaraq ASELSAN tərəfindən hazırlanmış VOLKAN Atəş İdarəetmə Sisteminin sınaq testləri uğurla tamamlanaraq ALTAY, M60T və Leopard2A4 tanklarına inteqrasiya edilib.

Müdafiə Sənayesi Rəyasət Heyətinin rəhbərliyi ilə inkişaf etdirilən VOLKAN Atəş İdarəetmə Sistemi ilə Türkiyə ordusunun sözügedən tankları döyüş şəraitində ən yüksək atəş qabiliyyətinə malikdir. VOLKAN Atəş İdarəetmə Sistemi tanklara yenilənmiş sistem arxitekturası, effektiv gündüz və gecə görmə qabiliyyəti, ilk atışda yüksək vurulma ehtimalı, yeni nəsil istifadəçi interfeysi ilə çətin döyüş, ərazi və hava şəraitində statik və ya mobil atəş idarəetmə funksiyalarını yerinə yetirmək imkanı qazandırıb.

Beləliklə milliləşdirilmiş tank atəşinə nəzarət sistemləri ilə Türkiyə Silahlı Qüvvələrinin xaricə asılılığı aradan qaldırılıb. Sistemə əlavə edilmiş inteqrasiya olunmuş tankdaxili təlim infrastrukturu sayəsində ekipajın əməliyyat səriştəsi də maksimuma çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti