Bakı. Trend:
Əlcəzair prezidenti Abdelmacid Tebbun Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 21-22 iyul tarixlərində Türkiyəyə rəsmi səfər edəcək.
Trend TurkicWorld-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən məlumat verilib.
Məlumata əsasən, görüş zamanı Türkiyə ilə Əlcəzair arasında ikitərəfli münasibətlər bütün aspektlərdə nəzərdən keçiriləcək və əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə olunacaq.
Bundan əlavə, tərəflərin aktual, regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparacağı gözlənilir.