Bakı. Trend:
ABŞ prezidenti Co Bayden Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börnsi kabinetinin üzvü olmağa dəvət edib.
Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən məlumat verilib.
"Mən Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru (Uilyam - red.) Bill Börnsü kabinetimə üzv olmağa dəvət etdiyimi bildirməkdən məmnunam", - deyə C.Baydenin Ağ Evin saytında dərc ediolən açıqlamasında deyilir.