...

ABŞ dövlət katibinin müavini istefaya gedir

Dünya xəbərləri Materials 25 İyul 2023 03:20 (UTC +04:00)
ABŞ dövlət katibinin müavini istefaya gedir
Əsmər Bayramova
Əsmər Bayramova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ dövlət katibinin müavini Uendi Şerman iyulun 28-də istefa verəcək.

Trend xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin Dövlət Departamentinin saytında yerləşdirilən açıqlamasında deyilir.

"Onun üçün bu vəzifədə son gün iyulun 28-i olacaq. Dövlət Departamenti, Prezident CO Bayden və millət adından dövlət katibinin müavini U.Şermana xidmətinə görə təşəkkür edirəm", - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, Uendi Şermanın istefa verək niyyəti barədə hələ may ayında məlumat verilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti