...

Əlcəzairdə yanğınlar 15 nəfərin həyatına son qoyub

Dünya xəbərləri Materials 25 İyul 2023 01:36 (UTC +04:00)
Əlcəzairdə yanğınlar 15 nəfərin həyatına son qoyub

Bakı. Trend:

Əlcəzairin 16 əyalətini əhatə edən güclü yanğınlar nəticəsində ötən gün azı 15 nəfər ölüb, 25 nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə bazar ertəsi ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Xilasetmə xidmətləri anomal güclü istilər səbəbindən yanğının baş verdiyi ərazilərdən minlərlə insanı təxliyə edib.

Ölkənin şimalında - Bejaya, Buira, Jijel, Tizi-Ouzou əyalətlərində yüzə yaxın yanğın qeydə alınıb. Yanğın nəticəsində kənd təsərrüfatı sahələrinə ciddi ziyan dəyib.

Yüksək tepmepratur və güclü külək yanğının söndürülməsini çətinləşdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti