...

Türkiyənin energetika naziri "Rosatom" şirkətinin rəhbəri ilə görüşüb

Dünya xəbərləri Materials 26 İyul 2023 06:02 (UTC +04:00)
Türkiyənin energetika naziri "Rosatom" şirkətinin rəhbəri ilə görüşüb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin energetika naziri Alparslan Bayraktar Ankarada Rusiyanın "Rosatom" dövlət korporasiyasının rəhbəri Aleksey Lixaçev ilə Türkiyədə "Akkuyu" atom elektrik stansiyası layihəsinin həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə edib.

Trend-in məlumatına görə, bu barədə nazir öz“Twitter” səhifəsində yazıb.

Görüşdə Türkiyənin enerji sistemində yeni nəsil stansiya kimi mühüm yer tutacaq Akkuyu AES layihəsinin hazırkı vəziyyəti qiymətləndirilib.

Qeyd edək ki, "Akkuyu" AES-in tikintisi 2010-cu il mayın 12-də Rusiya Federasiyası ilə Türkiyə arasında əməkdaşlıq haqqında imzalanmış hökumətlərarası saziş əsasında həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti