...

Bu ölkənin lideri qiyamçılar tərəfindən saxlanılıb? (YENİLƏNİB)

Dünya xəbərləri Materials 26 İyul 2023 17:59 (UTC +04:00)
Bu ölkənin lideri qiyamçılar tərəfindən saxlanılıb? (YENİLƏNİB)

Bakı. Trend:

Nigerin Prezident Qvardiyasının bir qrup əsgəri ölkənin paytaxtı Niameydə dövlət başçısının ofisinin yerləşdiyi binaya girişi bağlayıb.

Trend-in xəbərinə görə, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, Prezident Məhəmməd Bazum qiyamçılar tərəfindən saxlanılıb, onların sayı məlum deyil.

Dövlət başçısına yaxın mənbəsi isə bildirib ki, Bazum və onun həyat yoldaşı öz iqamətgahlarındadırlar.

***15:10

Nigerdə hərbçilər Niamey şəhərində Prezident sarayını mühasirəyə alıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, qiyamçılar Niger Prezidenti Məhəmməd Bazumu girov götürüb.

Məlumata əsasən, prezidentin sağ-salamat olduğu bildirilib.

Qeyd edək ki, Məhəmməd Bazum 2021-ci ildə prezident seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti