...

Niger ordusunun rəhbərliyi qiyamçıları dəstəklədi

Dünya xəbərləri Materials 27 İyul 2023 21:00 (UTC +04:00)
Niger ordusunun rəhbərliyi qiyamçıları dəstəklədi

Bakı.Trend:

Niger Silahlı Qüvvələrinin Baş qərargahı prezident Mohamed Bazumun vəzifədən kənarlaşdırıldığını elan edən qiyamçıları dəstəklədiyini bəyan edib.

Trend xəbər verir ki, bu barədə qərargahın tviter səhifəsində paylaşım edilib.

Bəyanatda, həmçinin vurğulanır ki, “istənilən kənar müdaxilə ölkədə fəlakətli nəticələrə və xaosa gətirib çıxaracaq”.

Baş qərargah ordunu terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsini diqqətdə saxlamağa çağırıb.

Xatırladaq ki, keçmiş Fransa müstəmləkəsi olan Niger müstəqillik əldə etdikdən sonra (1946-cı il) ölkədə hakimiyyət çevriliş yolu ilə dörd dəfə dəyişib. Prezident Mohamed Bazum qərbyönlü siyasətçi və Parisin yaxın müttəfiqi kimi tanınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti