...

Şavkat Mirziyoyev Türkmənistana səfər edəcək

Dünya xəbərləri Materials 28 İyul 2023 02:42 (UTC +04:00)
Şavkat Mirziyoyev Türkmənistana səfər edəcək
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistanın, Tacikistanın və Türkmənistanın xarici işlər nazirləri Bəxtiyor Saidov, Sirociddin Muxriddin və Rəşid Meredov arasında məsləhətləşmələr aparılıb.

Trend xəbər verir ki, bu barədə Özbəkistan XİN-in mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı Özbəkistan, Tacikistan və Türkmənistan prezidentlərinin bu il avqustun əvvəlində Aşqabadda keçiriləcək sammitinə hazırlıq və onun keçirilməsi məsələləri müzakirə olunub.

Nazirlər proqram layihəsini, qarşıdan gələn iclasın gündəliyini, həmçinin sammitin yekun sənədinin layihəsini müzakirə ediblər.

Bu kontekstdə nazirlər regional əməkdaşlığın prioritet aspektləri ətrafında fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti