...

Nigerdə Abdurahman Çiani özünü lider elan etdi

Dünya xəbərləri Materials 28 İyul 2023 17:00 (UTC +04:00)
Nigerdə Abdurahman Çiani özünü lider elan etdi
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Nigerdə baş verən hərbi çevrilişdən sonra general Abdurahman Çiani özünü ölkənin yeni lideri elan edib.

Trend xəbər verir ki, Ömər Çiani kimi tanınan generalın rəhbərliyi altında prezident qvardiyası çərşənbə günü hərbi çevriliş edərək ölkənin prezidentini əsir saxlayıb.

Məlumata görə, buna etiraz edən xalq çevrilişə mane olmaq üçün küçələrə axışıb və Məhəmməd Bazumun sərbəst buraxılmasına görə etiraz aksiyası keçirib.

Qeyd edək ki, Nigerdəki hərbi çevriliş ABŞ, Böyük Britaniya, Almaniya kimi dövlətlər, həmçinin Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş tərəfindən qınanıb.

Hazırda "Vətənin Mühafizəsi üzrə Milli Şura" (CNSP) tərəfindən əsir saxlanılan Məhəmməd Bazum 2021-ci ildə demokratik yolla prezident seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti