...

Meksikada təyyarə qəzaya uğrayıb

Dünya xəbərləri Materials 30 İyul 2023 03:39 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Meksikanın Verakruz Beynəlxalq Hava Limanından havaya qalxan kiçik “Cessna 650” təyyarəsi az sonra Meksika körfəzi üzərində itib.

Trend xəbər verir ki, ərazinin yaxınlığında olan şəxslər təyyarənin dənizə düşdüyü barədə hava limanının rəhbərliyinə məlumat veriblər.

Təyyarədə olan 2 pilot və 1 sərnişinin itkin düşdüyü bildirilib.

Axtarış-xilasetmə işləri davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti