...

Ukrayna ABŞ-la təhlükəsizlik zəmanətləri üzrə danışıqlara başlayacaq

Dünya xəbərləri Materials 31 İyul 2023 06:14 (UTC +04:00)

Bakı. Trend:

Ukrayna ABŞ-la təhlükəsizlik zəmanətləri üzrə ikitərəfli sənəd üzrə danışıqlara başlayacaq.

Trend-in məlumatına görə, bu barədə Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak bildirib.

“Ukrayna gələn həftədən etibarən ABŞ-la təhlükəsizlik zəmanətlərinin verilməsinə dair ikitərəfli saziş üzrə danışıqlara başlayacaq. Bu saziş Ukraynanın təhlükəsizliyinin ən etibarlı təminatı olan NATO-ya daxil olana qədər qüvvədə olacaq”, - deyə o, teleqramda yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti