...

Özbəkistan, Türkmənistan və İran nəqliyyat dəhlizi yaratmağı planlaşdırır

Dünya xəbərləri Materials 2 Avqust 2023 07:52 (UTC +04:00)
Əsmər Bayramova
Əsmər Bayramova
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistanın Nəqliyyat Nazirliyi ilə İranın Yollar və Şəhərsalma Nazirliyinin nümayəndələri arasında videokonfrans formatında danışıqlar keçirilib.

Trend xəbər verir ki, bu barədə Özbəkistanın Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, danışıqlar zamanı Özbəkistan, Türkmənistan və İran hökumətləri arasında beynəlxalq nəqliyyat dəhlizinin təşkili haqqında sazişin imzalanmasının sürətləndirilməsi, İran ərazisindən keçən beynəlxalq avtomobil daşımalarında rüsumların azaldılması, “Bəndər Abbas” və “Çabahar” limanlarından idxal və ixrac üçün istifadə imkanları məsələləri müzakirə olunub.

Bundan əlavə, tərəflər Özbəkistan-Əfqanıstan-İran marşrutu üzrə beynəlxalq nəqliyyat dəhlizini inkişaf etdirmək niyyətindədirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti