...

Braziliya Prezidenti beynəlxalq ticarətdə dollardan imtina etməyə çağırıb

Dünya xəbərləri Materials 3 Avqust 2023 06:34 (UTC +04:00)

Bakı. Trend:

Braziliya Prezidenti Luis İnasiu Lula da Silva beynəlxalq ticarətdə dollardan imtina etməyə və BRİKS üzvləri (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) arasında hesablaşmalar da daxil olmaqla, ABŞ valyutasına alternativ yaradılmasına çağırıb.

Trend-in məlumatına görə, Luis İnasiu Lula da Silva deyib: "Hamı bilir ki, mən ölkələrimiz arasında ticarət üçün öz valyutamızın yaradılmasının tərəfdarıyam. Əgər bunu öz valyutamızda eləmək mümkündürsə, nə üçün Argentina və ya Çinlə ticarətdə dollardan istifadə etməliyik. Bəşəriyyətin, demək olar ki, yarısının yaşadığı ölkələr nə üçün bu məsələni öz aralarında müzakirə edə bilməz?”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti