...

Moskvanın üç hava limanında reyslər təxirə salındı

Dünya xəbərləri Materials 3 Avqust 2023 11:12 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada üç hava limanında 30 reys təxirə salınıb.

Trend Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Domodedovo hava limanında 10 təyyarənin uçuşu təxirə salınıb. Vnukovo hava limanında üç reys təxirə salınıb, 11 reys ləğv olunub. Şeremetyevo hava limanında isə altı reys təxirə salınıb.

Jukovski hava limanı ilə bağlı hələlik heç bir məlumat yoxdur.

Paytaxtın hava limanlarında təyyarələrin uçuş vaxtının kütləvi şəkildə dəyişdirilməsinin səbəbi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti