...

Bu ölkədə daşqına görə 1 milyondan çox insan təxliyə edildi

Dünya xəbərləri Materials 3 Avqust 2023 20:12 (UTC +04:00)

Bakı. Trend:

Çinin şimal-şərqində yerləşən Hebey əyalətində leysan yağışları nəticəsində baş vermiş daşqınlar səbəbindən 1,3 milyona yaxın insan təxliyə olunub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, indiyədək ümumilikdə 1 milyon 229 min nəfər təhlükəsiz ərazilərə təxliyə edilib.

Onların 857 nəfəri bilavasitə su altında qalan ərazilərin sakinidir.

Təbii fəlakətdən zərər çəkən ərazilərə 4,7 mindən çox təcili yardım briqadası göndərib. Xilasetmə əməliyyatına cəlb olunanların ümumi sayı 100 min nəfəri keçib.

Qeyd edək ki, iyulun 27-dən Hebey əyalətinin əksər hissəsi şiddətli yağışların təsirinə məruz qalıb. Sinoptiklər paytaxt Pekinin yaxınlığında yerləşən bu əyalətdə yeni yağışlar gözlənildiyini proqnozlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti