...

Gürcüstanda sürüşmə nəticəsində ölənlərin sayı 11-ə çatıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 4 Avqust 2023 16:05 (UTC +04:00)
Gürcüstanda sürüşmə nəticəsində ölənlərin sayı 11-ə çatıb (YENİLƏNİB)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanda Şovi kurort zonasında baş vermiş torpaq uçqunu nəticəsində ölənlərin sayı 11-ə çatıb.

Trend xəbər verir ki, bu barədə səhiyyə naziri Zurab Azaraşvili bildirib.

O qeyd edib ki, 25 nəfərin axtarışları davam edir.

12:03

Bu gün səhər saatlarında Gürcüstanın qərbində Şovi kurort bölgəsində baş vermiş torpaq sürüşməsi nəticəsində həlak olan daha 2 nəfərin cəsədi tapılıb.

Trend xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bununla sürüşmə nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb. Belə ki, dünən Şovidə 2 nəfərin cəsədi aşkarlanmışdı.

Gürcüstan Daxili İşlər Nazirliyindən jurnalistlərə verilən məlumata görə, daha 31 nəfərin axtarışı davam etdirilir, xilasedicilər onlarla əlaqə qura bilməyib.

Qeyd edək ki, Şovidə avqustun 3-ü günorta saatlarında torpaq sürüşməsi baş verib. Hadisə zamanı körpülər üçüb və yollara ziyan dəyib. İndiyədək hadisə nəticəsində həlak olan 6 nəfərin cəsədi aşkarlanıb. 200-dən çox insan helikopterlə ərazidən təxliyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti