...

Gürcüstanda xilasetmə işlərinə ordu qüvvələri də cəlb olundu

Dünya xəbərləri Materials 4 Avqust 2023 20:37 (UTC +04:00)
Gürcüstanda xilasetmə işlərinə ordu qüvvələri də cəlb olundu

Bakı. Trend:

Gürcüstanın qərbində baş vermiş torpaq sürüşməsində itkin düşmüş hesab edilən insanların axtarışlarına və təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına ordu qüvvələri də cəlb olunublar.

Trend-in xəbərinə görə, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili məlumat verib.

Onun sözlərinə görə, bölgədə çox çətin vəziyyət yaranıb:

"Güclü palçıq kütləsi ciddi problemlər yaradıb. Belə bir vəziyyətdə ordunun köməyindən istifadə etmək vacibdir".

Qeyd edək ki, Gürcüstanın qərbində Şovi kurort bölgəsində avqustun 3-ü günorta saatlarında torpaq sürüşməsi baş verib. Hadisə zamanı körpülər uçub və yollara ziyan dəyib. Hadisə nəticəsində həlak olan 11 nəfərin cəsədi aşkarlanıb. 25 nəfərin axtarışları davam edir. 200-dən çox insan helikopterlə ərazidən təxliyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti