...

Türkiyə sahillərində 24 miqrant xilas edilib

Dünya xəbərləri Materials 5 Avqust 2023 05:18 (UTC +04:00)
Türkiyə sahillərində 24 miqrant xilas edilib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin İzmir şəhərindən Səfərihisar və Karaburun rayonları sahillərində 24 qeyri-qanuni miqrant xilas edilib.

Trend xəbər verir ki, bu barədə Türiyənin Sahil Mühafizəsi Xidməti məlumat yayıb.

Məlumata əsasən, miqrantların olduğu iki rezin qayıq Yunanıstan tərəfindən Türkiyənin ərazi sularına qovulub. Müvafiq məlumat daxil olduqdan sonra Türkiyə sahil mühafizəsinin qayığı miqrantların yanına göndərilib.

Miqrantlar xilas edilərək sahilə çıxarılıb.

Müvafiq prosedurlardan keçdikdən sonra bütün qeyri-qanuni miqrantlar Miqrasiya İdarəsinə aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti