...

ABŞ-da məktəb avtobusu aşıb, 11 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 5 Avqust 2023 05:55 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Aydaho ştatında məktəb avtobusu aşıb.

Trend xəbər verir ki, hadisə nəticəsində 11 nəfər xəsarət alıb, onlardan 7-nin vəziyyəti ağırdır.

30 uşağın olduğu məktəb avtobusu yay düşərgəsindən su anbarına doğru gedirmiş. Ştat polisinin məlumatına görə, uşaqların yaşı 13-18 arasındadır. Onların hamısı müayinə olunmaq üçün xəstəxanalara aparılıb.

Hüquq-mühafizə orqanları qəzanın səbəbini araşdırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti