Bakı. Trend:
Türkiyənin Siirt-Pervari dağı ərazisində bir müddət əvvəl aşkar edilmiş neft ehtiyatının çıxarılması üçün quyuda qazma işlərinə başlanılıb.
Trend-in TurkicWorld-a istinadən məlumatına görə, quyuda yüksək keyfiyyətli neftin olduğu təxmin edilib.
Qeyd edək ki, Türkiyənin "Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti tərəfindən iyun ayında Siirt-Pervari dağı ərazisində neft kəşfiyyatına başlanılıb.
Xatırladaq ki, mayın 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqindəki Şırnak əyalətinin Cudi və Qabar rayonlarında yeni neft ehtiyatlarının aşkar edildiyini açıqlayıb və 7 iyul tarixində 75 min 52 barel ümumi neft hasilatı ilə ölkədə ən yüksək gündəlik hasilat rekordu qırılıb.