...

İrəvanda müxalifətin mitinqi: Əliyalın insanlara qarşı polis zorakılığı (VİDEO)

Dünya xəbərləri Materials 8 Avqust 2023 20:10 (UTC +04:00)

Bakı. Trend:

Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. İrəvanda etiraz aksiyaları davam edir.

Trend xəbər verir ki, hazırda İrəvanın Respublika meydanında etiraz aksiyası keçirilir.

Məlumata görə, etirazçılar nəqliyyatın hərəkətini məhdudlaşdırıb. Yürüş iştirakçılarını bir neçə dəqiqə ərzində sayı xeyli artan polis müşayiət edib.

Qeyd edək ki, paytaxt İrəvanda təşkil olunan mitinqdə polis zorakılığı da baş verib. Ermənistanda aksiya istirakçılarına qarşı polis zorakılığına tez-tez rast gəlinir. Xüsusən də erməni mediasında və sosial şəbəkələrdə aksiya iştirakçılarına qarşı polisin vəhşi əməlləri ilə bağlı xeyli sayda faktlar və videogörüntülər yayımlanır. Son kadrlar da onu göstərir ki, Ermənistanda güc strukturlarının insanlara qarşı bu cür zorakılğı hər zaman olub və yenə də davam edir. Buna isə beynəlxalq təşkilatlar, insan haqlarından danışan beynəlxalq qurumlar hələ də susur və heç bir reaksiya vermirlər. Bu gün də bu zorakılıq hələ də təkrarlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti