...

İtaliyada gəmi qəzaya uğradı - 40-dan çox miqrant həlak oldu

Dünya xəbərləri Materials 9 Avqust 2023 13:02 (UTC +04:00)
İtaliyada gəmi qəzaya uğradı - 40-dan çox miqrant həlak oldu
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın cənubunda, Siciliya boğazında gəminin qəzaya uğraması nəticəsində ən azı 41 miqrant həlak olub.

Trend xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Bildirilib ki, avqustun 3-də Tunisdən yola düşən gəmidə 45 nəfər olub. Hadisə barəsində sağ qalan dörd nəfər danışıb. Onlar Rimona teploxodu ilə xilas olunduqlarını, daha sonra sahil mühafizəsinin patrul katerində Lampeduza adasına yola salındıqlarını deyiblər.

Xatırladaq ki, fevral ayında İtaliya sahillərində başqa bir böyük faciə baş verib: ölkənin cənubunda Krotone şəhəri ərazisində sahildən 100 metr aralıda gəminin qəzaya uğraması nəticəsində 90-dan çox insan həlak olub. Həlak olanların arasında xeyli sayda uşaq olub.

Qeyd edək ki, İtaliya hökuməti qanunsuz miqrant axınının qarşısını almağa çalışır. İtaliyanın Nazirlər Kabineti qanunsuz insan daşınması ilə mübarizəni, o cümlədən, bu cür hallara görə cəza tədbirlərini sərtləşdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti