...

Türkiyənin Qırğızıstana hazır geyim məhsulları ixracının həcmi açıqlanıb

Dünya xəbərləri Materials 9 Avqust 2023 18:36 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Qırğızıstana hazır geyim məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 83,8 faiz artıraraq 149,4 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyul ayında Türkiyə Qırğızıstana hazır geyim məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 60,2 faiz artıraraq 17,8 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz azalaraq, 11,5 milyard dollara çatıb.

Bu ilin iyul ayında Türkiyə 1,6 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 3,9 faiz azdır.

Son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 20,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti