...

İstanbulda avtobus körpüdən aşağı düşüb, çox sayda xəsarət alan var

Dünya xəbərləri Materials 9 Avqust 2023 21:48 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində hava limanının işçilərini daşıyan avtobus naməlum səbəbdən idarəetmədən çıxaraq təxminən 6 metr hündürlükdə olan körpüdən boş sahəyə düşüb.

Trend xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım briqadaları, yanğınsöndürənlər və jandarmalar cəlb edilib.

Qəza zamanı avtobusda 47 nəfər olub və hadisə nəticəsində 29 nəfər xəsarət alıb.

Xəsarət alanlar ilkin tibbi yardım göstərildikdən sonra yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Onların vəziyyəti barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti