...

Gürcüstanın daha bir bölgəsində torpaq sürüşməsi olub

Dünya xəbərləri Materials 10 Avqust 2023 09:34 (UTC +04:00)
Gürcüstanın daha bir bölgəsində torpaq sürüşməsi olub

Bakı. Trend:

Gürcüstanın daha bir bölgəsində torpaq sürüşməsi olub.

Trend xəbər verir ki, təbii fəlakət avqustun 9-da Sameqrelo-Zemo Svaneti bölgəsinin Tsalendjixa rayonunda baş verib.

Nəticədə Tebene çayının qarşısı kəsilib və çayda suyun səviyyəsi qalxmağa başlayıb.

Bildirilib ki, hələlik ciddi təhlükə yoxdur, amma sürüşmə davam edərsə, problem yaranacaq.

Qeyd edək ki, avqustun 3-də Gürcüstanın Raça-Leçxumi-Kvemo Svaneti bölgəsində baş verən torpaq sürüşməsi nəticəsində 21 nəfər həlak olub, 12 nəfərin axtarışları hələ də davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti