...

İran nüvə sazişinə qayıtmağın şərtlərini açıqladı

Dünya xəbərləri Materials 10 Avqust 2023 17:31 (UTC +04:00)
İran nüvə sazişinə qayıtmağın şərtlərini açıqladı

Bakı. Trend:

İran hökuməti nüvə sazişinə qayıtmağın şərtlərini açıqlayıb.

Trend xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Cənubi Afrika Respublikasının (CAR) XİN rəhbəri Naledi Pandora ilə görüşü zamanı deyib.

İran XİN başçısı bütün tərəflərin öz öhdəliklərini yerinə yetirərsə, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) şərtlərinin yerinə yetirməyə hazır olduğunu və üzərinə düşən öhdəliklərini tam məsuliyyətlə yerinə yetirəcəyini bəyan edib.

Nazirin sözlərinə görə, İranın BRİKS qrupuna daxil olması mümkündür və BRİKS-in çoxqütblü münasibətlər sistemini gücləndirilir.

Abdullahian və Pandor görüş zamanı İran və CAR Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 15-ci iclası çərçivəsində ən mühüm beynəlxalq və ikitərəfli mövzuları müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti