Bakı. Trend:
Ukraynanın Zaporojye atom elektrik stansiyasında (AES) buxar generatorlarından birində su sızması səbəbindən heç bir radioloji yayılma yoxdur.
Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) məlumatında deyilir.
"Dörd buxar generatorundan birində aşkar edilmiş su sızmasının dəqiq səbəbini müəyyənləşdirmək və təmir etmək üçün 4 nömrəli enerji bloku "soyuq dayandırma" rejiminə keçiriləcək", - məlumatda deyilir.
Məlumatda, həmçinin ətraf mühitə heç bir radioloji sızma olmadığı qeyd edilir.