Bakı. Trend:
Rusiyanın Moskva vilayətinin Sergiyev-Posad şəhərində dağıntıların təmizlənməsi başa çatıb. İtkin düşmüş daha 4 nəfər tapılıb.
Trend xəbər verir ki, bu barədə fövqəladə hallar xidməti məlumat yayıb.
Bildirilib ki, 8 nəfərin taleyi isə naməlum olaraq qalır.
Qeyd edək ki, avqustun 9-da Rusiyanın Moskva vilayətinin Sergiyev-Posad şəhərində yerləşən Zaqorsk optik-mexanika zavodunda güclü partlayış baş verib. Partlayış nəticəsində 80 nəfər xəsarət alıb, 1 nəfər ölüb, 8 nəfər isə itkin düşüb.