...

Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı ARTDI

Dünya xəbərləri Materials 11 Avqust 2023 13:04 (UTC +04:00)
Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı ARTDI
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanda xilasedicilər Şovi kurort bölgəsində baş vermiş torpaq sürüşməsi nəticəsində həlak olan daha bir nəfərin meyitini tapıblar.

Trend xəbər verir ki, bunu ölkənin Fövqəladə Halların İdarə edilməsi Xidmətinin rəhbəri Temur Mğebrişvili jurnalistlərə deyib.

"Rioni çayının yatağında meyit aşkarlanıb və hazırda meyitin çıxarılması üzrə tədbirlər görülür", - o deyib.

Bununla təbii fəlakət nəticəsində həlak olanların sayı 22 nəfərə çatıb. Daha 11 meyitin axtarışı davam edir.

Qeyd edək ki, Şovidə avqustun 3-ü günorta saatlarında torpaq sürüşməsi baş verib. Hadisə zamanı körpülər uçub və yollara ziyan dəyib. 200-dən çox insan helikopterlə ərazidən təxliyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti