...

Samsunda Texniki Təyyarələrə Baxım və Təmir Mərkəzinin tanıtımı keçirilib (FOTO)

Dünya xəbərləri Materials 11 Avqust 2023 23:49 (UTC +04:00)
Samsunda Texniki Təyyarələrə Baxım və Təmir Mərkəzinin tanıtımı keçirilib (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Samsun şəhərində Texniki Təyyarələrə Baxım və Təmir Mərkəzinin tanıtımı keçirilib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, Samsun Texniki Təyyarələrə Baxım və Təmir Mərkəzi təqdimat proqramı Samsun Universiteti Ballıca Kampusunda təşkil edilib.

Təqdimat proqramında Samsun Universitetinin rektoru Prof. Dr. Mahmut Aydın, Samsun Böyükşəhər Bələdiyyə Başçısı Mustafa Demir, Samsun Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Salih Zeki Murzioğlu, iş dünyasından iri şirkətlərin rəhbərləri, ictimai qurum və təşkilatların rəhbərləri iştirak edib.

Məlumat üçün qeyd edək ki, Samsun Texniki Təyyarələrə Baxım və Təmir Mərkəzinin qonaqları emalatxanalara baş çəkib, texniki işçilərdən emalatxanaların avadanlıqları və imkanları haqqında məlumat alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti