Bakı. Trend:
Rusiyanın Primorsk diyarında Spassk-Dalniy şəhərinin çaykənarı hissəsində suyun səviyyəsi sürətlə artdığından sakinlər təxliyə edilir.
Trend-in məlumatına görə, bu barədə bölgə rəhbərliyi öz "Telegram" kanalında məlumat yayıb.
Qeyd edək ki, Rusiyanın Primorsk diyarının cənub sahilində güclü yağışlar səbəbindən 9-10 avqust tarixlərində doqquz rayonda fövqəladə rejim elan edilib.