...

Türkiyənin "ATMACA" raketləri daha 11 platformaya inteqrasiya olunacaq

Dünya xəbərləri Materials 15 Avqust 2023 13:50 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin "ATMACA" raketləri daha 11 platformaya inteqrasiya olunacaq.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, Türkiyənin "Roketsan" şirkəti ilə Müdafiə Texnologiyaları Mühəndislik arasında "ATMACA "raketlərinin hərbi dəniz qüvvələrinin komandanlığı altında daha 11 platformaya inteqrasiyası ilə bağlı müqavilə imzalanıb.

"ATMACA"nın sualtı qayıqdan buraxılacaq versiyası ilə yanaşı, havadan buraxılacaq versiyası üçün də işlər davam edir. "ATMACA"nın ilk atışı "BARBAROS" sahil müdafiə sistemindən atılıb. Bu sistem sahildə yerləşərək Türkiyə sahillərini qoruyacaq.

Digər tərəfdən, "Qara ATMACA" adlı yeni raket hazırlanır. "ATMACA" üzərində hazırlanmış bu raket Türkiyənin Quru Qoşunları Komandanlığının qanadlı raketlərə olan ehtiyacının həlli olacaq və bir az daha uzun məsafəyə sahib olacaq.

Xatırladaq ki, "ATMACA" kimi qabaqcıl raketlər hədəflərini birbaşa vurmur. Trayektoriyada müxtəlif marşrut yaradır və müxtəlif manevrlər edir. "ATMACA"da "Qabaqcıl Radar Axtarıcı" var.

Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının inventarında olan 140 kilometrlik Harpoon (ABŞ) Gəmi Əleyhinə Raketlərini əvəz edəcək "ATMACA" Gəmi Əleyhinə Raket, 220+ kilometr mənzilə malikdir.

"ATMACA" gəmi əleyhinə raketi aşağı radar kəsiyi və su səthinə yaxın uça bildiyindən (Super Sea Skimming), hədəf platforma tərəfindən yalnız 18-20 kilometr məsafədən aşkarlana bilir.

"ATMACA"nın Mach 0.85 sürətinə əsaslanaraq qeyd edilir ki, bu, hədəf gəminin heyətinə məhv etməyə çox məhdud reaksiya müddəti verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti