...

BMT Liviyanın paytaxtı Tripolidə döyüşləri dayandırmağa çağırıb

Dünya xəbərləri Materials 16 Avqust 2023 00:34 (UTC +04:00)
BMT Liviyanın paytaxtı Tripolidə döyüşləri dayandırmağa çağırıb

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının Liviyaya Dəstək Missiyası (UNSMIL) Liviyanın paytaxtı Tripolidə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmalara son qoymağa çağırıb.

Trend-in məlumatına görə, UNSMIL-dən verilən açıqlamada, dünən gecədən bəri Tripolidəki qarşıdurmalar və onların mülki şəxslərə təsirlərinin narahatlıqla izlənildiyi bildirilib.

"Zorakılıq münaqişələrin həlli vasitəsi kimi qəbul edilə bilməz. Bütün tərəflər təhlükəsizlik sahəsində bu illər ərzində əldə edilmiş nailiyyətləri qəbul etməli və münaqişələri dialoq yolu ilə həll etməlidir", -deyə açıqlamada qeyd olunub.

Digər tərəfdən, Liviya Səhiyyə Nazirliyinin məlumatına görə, qarşıdurma səbəbi ilə Tripolidə qapalı qalan vətəndaşlardan evakuasiya yardımı çağırışının alındığı bildirilib.

Paytaxtda mülki əhalinin məskunlaşdığı yaşayış massivlərində baş verən qarşıdurmalardan təəssüf ifadə olunan bəyanatda, həmçinin münaqişə tərəflərini mülki şəxslərin təxliyəsi üçün təhlükəsiz dəhlizlər açmaq və müvafiq tibb işçilərinin keçidinə icazə vermək çağırışı edilib.

Liviya Səhiyyə Nazirliyinin İlk Yardım və Təcili Yardım Bölməsinin sözçüsü Usamə Əli dünən münaqişə bölgələrindən 26 ailənin təxliyə edildiyini açıqlayıb.

Qeyd edək ki, dünən paytaxtın bəzi yerlərində “Rada”, Liviya Prezident Şurasının sədrliyinə bağlı Cinayət və Terrorla Mübarizə İdarəsi ilə Milli Birlik Hökumətinə bağlı “444 Briqadası” arasında toqquşmalar baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti