...

İranda məscidlər boşalmaqdadır – Xameneinin nümayəndəsi

Dünya xəbərləri Materials 16 Avqust 2023 18:55 (UTC +04:00)
İranda məscidlər boşalmaqdadır – Xameneinin nümayəndəsi
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranda ictimai mərkəzlər hesab olunan məscidlərdən artıq sadəcə namaz qılmaq üçün istifadə olunur.

Trend-in məlumatına görə, bunu İranın ali liderinin Yəzd vilayəti üzrə nümayəndəsi və Yəzd şəhərinin cümə imamı Məhəmməd Rza Nasiri deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyası nəticəsində məscidlərin bağlanması ilə vətəndaşlar artıq bu önəmli ictimai mərkəzdən uzaqlaşıblar.

Nasiri qeyd edib ki, virtual aləmdə məscidlər əleyhinə çoxlu təbliğatlar aparılır və əhali arasında məscidlərin əhəmiyyətinin az olduğu qeyd edilir.

“Dövlət və aidiyyəti qurumlar tərəfindən məscidlərin əhəmiyyəti və onun əsas rolunun bəyan olunması istiqamətində lazımi addımlar atılmalıdır”, - deyə o vurğulayıb.

Qeyd edək ki, İranda 50 min məscidin istifadəsiz qaldığı, yeniyetmə və gənclərin artıq dini təhsilə maraq göstərmədiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti