Bakı. Trend:
Ukrayna Almaniyadan yeni hərbi yardım paketi alıb.
Trend xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb.
Bildirilib ki, yeni yardım paketi çərçivəsində Almaniya Ukraynaya IRIS-T SLS qısamənzilli zenit-raket kompleksinin iki buraxılış qurğusunu təhvil verib. Hərbi yardıma, həmçinin, mərmilər, radarlar, yük maşınları da daxildir.
Qeyd edilib ki, bu il Ukraynaya 5,4 milyard avro dəyərində hərbi yardım göndərilib.