...

Rusiya 54 britaniyalı siyasətçi və jurnalistə qarşı sanksiya tətbiq etdi

Dünya xəbərləri Materials 19 Avqust 2023 09:44 (UTC +04:00)
Rusiya 54 britaniyalı siyasətçi və jurnalistə qarşı sanksiya tətbiq etdi
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya daha 54 britaniyalının qadağalar siyahısına və birtərəfli sanksiyalara daxil edildiyini açıqlayıb.

Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Məlumatda bildirilib ki, siyahıda Rusiyanın beynəlxalq idman təcridinə fəal lobbiçilik edən mədəniyyət, media və idman naziri Lüsi Freyzer, Ukraynaya silah, o cümlədən tükənmiş uran mərmilərinin tədarükünə cavabdeh olan müdafiə nazirinin müavini Annabel Qoldi var.

"Stop siyahısında Rusiya rəhbərliyinin həbsi üçün orderin verilməsində iştirak edən Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru britaniyalı Kərim Xan və “Prevail Partners” özəl hərbi kəşfiyyat şirkətinin üç rəhbəri də yer alır. Həmçinin, məhdudiyyətlər BBC, “Guardian Media Group” və “Daily Telegraph”ın funksionerlərinə və müxbirlərinə də aid olunub", - deyə nazirliyin məlumatında qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti