...

Macarıstan İsrail və Almaniya ilə birgə hərbi dronlar istehsal edəcək

Dünya xəbərləri Materials 19 Avqust 2023 15:42 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstan İsrail və Almaniya şirkətləri ilə birgə döyüş dronları istehsalı ilə bağlı əməkdaşlıq müqaviləsi imzalayıb.

Trend xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban ölkənin cənub-qərbindəki Zalaegerszeq şəhərində yeni zavodun açılış mərasimində çıxış edərkən bildirib.

Orban İsrailin “UVision” şirkətini müdafiə texnologiyaları istehsalçısı adlandırıb, alman şirkətinin adını isə açıqlamayıb.

Zavod Almaniyanın “Rheinmetall” hərbi-texniki şirkətinə məxsusdur və onun 49 faizlik payı Macarıstan dövlətinə məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti