Bakı. Trend:
Rusiyanın Perm vilayətində məktəb avtobusu yoldan çıxaraq aşıb, 15-i uşaq olmaqla 16 nəfər xəsarət alıb. Cinayət işi başlanıb.
Trend-in məlumatına görə, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin bölgə üzrə İstintaq İdarəsi bildirib.
Məlumata əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində 15-i azyaşlı olmaqla 16 nəfər xəsarət alıb. Bildirilib ki, faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 1-ci hissəsinin 238-ci maddəsinə (istehlakçıların həyatı və sağlamlığının təhlükəsizliyi tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi) əsasən cinayət işi başlanıb.
Rusiya Daxili İşlər Nazirliyinin bölgə üzrə Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, xəsarət alan 4 nəfər xəstəxanaya yerləşdirilib.