Bakı. Trend:
Türkiyədə ağır yol qəzası baş verib.
Trend-in məlumatına görə, hadisə Yozqat vilayətində qeydə alınıb.
Məlumata əsasən, şərnişin avtobusunun dərəyə aşması nəticəsində 11 nəfər ölüb, daha 16 nəfər isə yaralanıb.
Yaralananlar xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırmalar aparılır.