Bakı. Trend:
Belçikanın xarici işlər naziri Hadja Lahbib Ermənistana səfər edib.
Trend xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirlib ki, səfər çərçivəsində Belçika XİN rəhbəri erməni həmkarı Ararat Mirzoyanla görüşüb. Təfərlər arasında təkbətək görüşdən sonra geniş tərkibli görüşün keçiriləcəyi qeyd edilib.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi Hadija Labibin Ermənistandan sonra Azərbaycana səfər edəcəyini, xarici işlər naziri Ceyhun Bayramovla görüşünün keçiriləcəyini bildirib.