...

Braziliya prezidenti BRICS ölkələrini ticarətdə dollardan imtinaya çağırıb

Dünya xəbərləri Materials 23 Avqust 2023 05:48 (UTC +04:00)
Braziliya prezidenti BRICS ölkələrini ticarətdə dollardan imtinaya çağırıb

Bakı. Trend:

BRICS ölkələri bir-biri ilə ticarət apararkən ABŞ dollarından imtina etməyə çalışmalıdırlar və bu, ABŞ valyutasına meydan oxumaq cəhdi kimi qəbul edilməməlidir.

Trend-in məlumatına görə, bu barədə Braziliya Prezidenti Lui İnasiu Lula da Silva bildirib.

“Əgər mən Çinlə ticarət edirəmsə, onda niyə bunun üçün dollardan istifadə etməliyəm? Braziliya və Çin kifayət qədər böyük ölkələrdir ki, öz valyutalarından və ya başqa baza valyutasından istifadə edə bilərlər, - deyə Braziliya Prezidenti söyləyib.

Qeyd edək ki, Braziliya Prezidenti Cənubi Afrikada keçirilən BRICS Liderlərinin Sammitində iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti