...

Polşa ABŞ-dən 96 ədəd hücum helikopteri alacaq

Dünya xəbərləri Materials 23 Avqust 2023 06:47 (UTC +04:00)

Bakı. Trend:

Polşa Amerika helikopterləri və tankları ilə şərq sərhədində keçilməz maneə yaratmaq niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak bildirib.

“Dövlət Departamentinin Polşaya 96 “Apaçi” hücum helikopteri satmağa razılıq verməsindən çox məmnunuq. Bunlar dünyanın ən yaxşı hücum helikopterləridir”, -deyə nazir söyləyib.

O qeyd edib ki, “Apaçi” Polşa ordusunun xidmətində olan “Mi-24”ləri əvəzləyəcək.

Hücum helikopterlərinin gəl il ölkəyə gətirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti