Bakı. Trend:
Belçikanın xarici işlər naziri Hadja Lahbib Gürcüstanda səfərdədir.
Trend Gürcüstanın Xarici İşlər Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, belçikalı nazir 23-24 avqust tarixlərində orada bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.
Məlumata görə, Hadja Lahbib gürcü həmkarı İlya Darçiaşvili ilə təkbətək, daha sonra isə geniş tərkibli görüş keçirəcək.
Belçikalı nazirin, həmçinin Gürcüstan prezidenti Salome Zurabişvili ilə, eləcə də Gürcüstanın Apostol Avtokefal Pravoslav Kilsəsinin nümayəndələri ilə də görüşəcəyi qeyd olunur.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi Hadija Lahbibin Azərbaycana səfər edəcəyini, xarici işlər naziri Ceyhun Bayramovla görüşünün keçiriləcəyini bildirib.