...

Hakan Fidan Malayziyanın XİN rəhbəri ilə görüşüb

Dünya xəbərləri Materials 23 Avqust 2023 19:50 (UTC +04:00)
Hakan Fidan Malayziyanın XİN rəhbəri ilə görüşüb

Bakı. Trend:

Türkiyə Xarici İşlər naziri Hakan Fidan Malayziyanın Xarici İşlər naziri Zambry Abd Kadir ilə görüşüb.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

"Hakan Fidan Bağdadda Malayziya xarici işlər naziri Zambry Abd Kadir ilə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlər və anti-islamizmlə bağlı atıla biləcək addımlar müzakirə olunub",- deyə nazirliyin açıqlamasında qeyd olunub.

Qeyd edək ki, Hakan Fidan Bağdadda İraq Türkmən Cəbhəsinin (İTC) və İraq Türkmən İcmasının liderləri ilə görüş keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti