...

Türkiyədə SİPER raketinin inventara daxil ediləcəyi tarix açıqlanıb

Dünya xəbərləri Materials 25 Avqust 2023 15:45 (UTC +04:00)
Türkiyədə SİPER raketinin inventara daxil ediləcəyi tarix açıqlanıb

Bakı. Trend:

Türkiyədə SİPER raketinin inventara daxil ediləcəyi tarix açıqlanıb.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, Türkiyə Müdafiə Sənayesi Rəyasət Heyətinin sədri Haluk Görgün son vaxtlar çoxqatlı hava hücumundan müdafiə sistemləri sahəsində sürətli irəliləyiş əldə etdiklərini söyləyib.

"Türkiyə hava hücumundan müdafiə sistemləri üzrə beynəlxalq arenada öz sözünü deyib. Qısa, orta və uzunmənzilli hava hücumundan müdafiə sistemlərimizin sınaqları uğurla tamamlanıb. "Siper Ürün-1" raketinin ilin sonuna qədər istifadəyə verilməsi üçün bütün işlər tamamlanacaq. Bu ilin sonu biz bu raketi inventara daxil etməyi planlayırıq",- deyə Haluk Görgün bildirib.

"Bu il etibarilə 6 milyard dollar planlaşdırırıq. Məqsədimiz isə çox qısa zamanda 10 milyard dollara çata bilməkdir", - Haluk Görgün Türkiyənin müdafiə sənayesi məhsullarının ixracat rəqəmlərindən danışarkən bildirib.

Qeyd edək ki, Türkiyədə istehsal olunan müdafiə sənayesi məhsulları indiyədək 170 ölkəyə ixrac edilib.

Məlumat üçün bildirək ki, SİPER-in son atış sınağı 2022-ci ilin avqustunda həyata keçirilib. Bu sınaq zamanı Axtarış Radarı və Atəş Nəzarət Mərkəzindən də istifadə olunub. SİPER 100 kilometr məsafədə hədəfi məhv edərək öz rekordunu qırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti