...

Britaniyanın baş naziri BMT-nin Baş Assambleyasında iştirak etməyəcək

Dünya xəbərləri Materials 26 Avqust 2023 01:20 (UTC +04:00)
Britaniyanın baş naziri BMT-nin Baş Assambleyasında iştirak etməyəcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın baş naziri Rişi Sunak Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının sentyabrda keçiriləcək 78-ci sessiyasında iştirak etməyəcək.

Trend xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

Məlumata əsasən, Böyük Britaniyanın nümayəndə heyətinə baş nazirin müavini Oliver Dauden və xarici işlər naziri Ceyms Kleverli rəhbərlik edəcək. Sunakın yüksək səviyyəli həftədə iştirak etməmək qərarına gəlməsinin səbəbi açıqlanmır.

Qeyd edilir ki, Rişi Sunak sonra 10 ildə Nyu-Yorkda keçirilən bu tədbirə qatılmayan ilk Britaniya hökumət başçısı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti