...

Moskva aeroportları fəaliyyətini tam bərpa etdi (YENİLƏNİB)

Dünya xəbərləri Materials 26 Avqust 2023 11:55 (UTC +04:00)
Moskva aeroportları fəaliyyətini tam bərpa etdi (YENİLƏNİB)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvadakı Vnukovo və Domodedovo beynəlxalq hava limanları fəaliyyətini tam bərpa edib.

Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, Vnukovo aeroportu bu gün yerli vaxtla saat 02:22-dən 03:30-dək, Domodedovo aeroportu isə 02:25-dən 03:32-dək bağlı olub, sonradan onların işi qismən bərpa olunub.

Hazırda hava limanları normal rejimdə fəaliyyət göstərir. Fasiləyə səbəb Moskva vilayətinin İstra rayonuna pilotsuz uçuş aparatının (PUA) hücumu olub.

xxx

05:10

Rusiyanın paytaxtı Moskva şəhərinin hava limanları üzərində hava məkanı bağlanıb.

Trend xəbər verir ki, bu barədə aviasiya xidmətlərindən məlumat verilib.

"Vnukovo, Şeremetyevo və Domodedovo hava limanları üzərində hava məkanı bağlanıb. Hazırda reyslər qəbul edilmir, uçuşlar təxirə salınıb", - deyə aviasiya xidmətlərindən bildirilib.

Hava limanları üzərində hava məkanının bağlanmasının səbəbi açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti