...

Parisdə sürətli skuter icarəsi ləğv edilir

Dünya xəbərləri Materials 27 Avqust 2023 17:18 (UTC +04:00)
Parisdə sürətli skuter icarəsi ləğv edilir
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sürətli skuter icarəsi xidmətləri, hələ avqustun 31-də başa çatacaq şəhər hakimiyyətinin lisenziyası bitməmişdən əvvəl Paris küçələrindən skuterləri çıxarmağa başlayıblar.

Trend xəbər verir ki, skuter icarəsinə faktiki qadağa aprelin 2-də keçirilən referendumda təsdiqlənib və bu referendum zamanı iştirakçıların 90 faizi şəhərdə xidmətin ləğvini dəstəkləyib.

Ümumilikdə seçici siyahılarında qeydə alınmış 1,3 milyon parislidən 103 mini səsvermədə iştirak edib. Referendum məsləhət xarakterli olsa da, şəhərin meri Ann İdalqo vədinə əməl edəcəyinə və qərarı həyata keçirəcəyinə söz verib.

İndi sentyabrın 1-dək üç icarə şirkəti "Dott", "Lime" və "Tier" 15 min elektrik skuterini şəhərdən çıxarmalı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti